...

Ölkə üzrə yanvar ayının pensiyaları tam ödənilib

Cəmiyyət 14 Yanvar 2022 19:37 (UTC +04:00)
Ölkə üzrə yanvar ayının pensiyaları tam ödənilib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayının ölkə üzrə bütün pensiyalarının, həmçinin güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin pensiyalarının ödənişi başa çatdırılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

2022-ci ilin əvvəlindən ölkəmizdə əmək pensiyasının minimum məbləği 200 manatdan 240 manata çatdırılıb və həmin məbləğdən aşağı olan pensiyalar artırılaraq 240 manata çatdırılmaqla ödənişi təmin olunub

Məqalədə:
Xəbər lenti

Xəbər lenti