...

Azad edilmiş ərazilərə hər bir vətəndaşa bir dəfə səfər etmək icazəsinin verilməsi ilə bağlı məsələyə aydınlıq gətirilib

Cəmiyyət 18 Yanvar 2022 11:46 (UTC +04:00)
Azad edilmiş ərazilərə hər bir vətəndaşa bir dəfə səfər etmək icazəsinin verilməsi ilə bağlı məsələyə aydınlıq gətirilib

Bakı. Elçin Mehdiyev – Trend:

İşğaldan azad edilmiş ərazilərə hər bir vətəndaşa bir dəfə səfər etmək icazəsinin verilməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.

Trend-in məlumatına görə, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə deyib ki, hazırda azad edilmiş ərazilərə səfər etmək istəyənlərin sayı həddindən artıq çoxdur.

“Hazırda avtobusların sayı tələbin tam qarşılanmasına imkan vermir. Ancaq ən azından hər bir şəxs o ərazilərə bir dəfə səfər etdikdən sonra və həmin ərazilərə sərnişin axınının necə olacağını müəyyən etdikdən sonra əlavə qərarlar veriləcək”, - deyə R.Hümmətov bildirib. O qeyd edib ki, hələlik biletlərin ikitərəfli alınması ilə bağlı tələb var. “Əraziyə çatdıqdan sonra ziyarət marşrutu üzrə hərəkət ediləcək, o marşrutdan yayınmaya imkan verilmir və bu, təhlükəsizliklə əlaqəlidir. Həmin ərazilər ziyarət edildikdən sonra geri dönülür”, - deyə nazir müavini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti