...

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Bolqarıstanda silsilə tədbirlər təşkil olunub (FOTO)

Cəmiyyət 21 Yanvar 2022 13:25 (UTC +04:00)
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Bolqarıstanda silsilə tədbirlər təşkil olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə 20 yanvar 2022-ci il tarixində Sofiya şəhərində silsilə tədbirlər keçirilmişdir.

Azərbaycan Respublikasının səfirliyinin binasında 20 Yanvar faciəsini əks etdirən foto sərgi təşkil olunmuş və 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar şəhidlərimizin xatirəsi səfirlikdə bir dəqiqəlik sükutla yad edilmişdir.

20 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş video konfrans keçirilmişdir. Konfransda Azərbaycan Respublikasının Bolqarıstandakı səfiri Hüseyn Hüseynov, Milli Məclisin və Bolqarıstanın Xalq Məclisinin parlamentlərarası dostluq qruplarının üzvləri – Rauf Əliyev (sədr), Sabir Hacıyev, Musa Qasımlı, Stanislav Anastasov, Ceyhan İbryamov, həmçinin Bolqarıstan Xalq Məclisinin Hüquq və Azadlıqlar Hərəkatı və Demokratik Bolqarıstan partiyalarının üzvləri, Bolqarıstanın elmi-tədqiqat dairələrinin üzvləri, yerli mütəxəssislər və media nümayəndələri iştirak və çıxış etmişlər.

Aparılmış müzakirələrdə qeyd edilmişdir ki, Ermənistanın ölkəmizə qarşı başladığı əsassız ərazi iddialarının və 300 minə yaxın soydaşımızın Ermənistan ərazisindən qovulmasının qarşısının alınması əvəzinə Azərbaycanda “milliətçi ekstremistlər” tərəfindən hakimiyyətin ələ keçirilməsinin qarşısını almaq və burada yaşayan erməniləri qorumaq bəhanəsi ilə şəhərə yeridilmiş sovet qoşunları 147 mülki insanı qətlə yetirmişdir. Konfransda hamılıqla ətraf olnumuşdur ki, 20 Yanvar hadisələri 1986-cı ildə Almatıda, 1989-cu ildə Tbilisi və 1991-ci ildə Vilnusda baş tutmuş hərbi müdaxilələr arasında ən qəddarı olmuş və sovet rəhbərliyi tərəfindən kollektiv cəza üsulu kimi həyata keçirilmişdir. 20 Yanvar hadisələri insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilərək bu hadisələrin təşkilatçıları və törədənlərinin beynəlxalq məsuliyyətə cəlb olunmalarının vacibliyi vurğulanmışıdr.

Eyni zamanda, 20 yanvar 2022-ci il tarixində səfirlikdə Bolqarıstanda yaşayan azərbaycanlılarla görüş keçirilmişdir. Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Açılış nitqi ilə çıxış etmiş səfir H.Hüseynov görüş iştirakçılarına 20 yanvar faciəsinin tarixçəsi, mahiyyəti və Azərbaycan tarixində oynadığı rolu haqqında ətraflı məlumat vermişdir. Çıxışın ardınca 20 Yanvar faciəsinə həsr edilmiş “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC tərəfindən hazırlanmış “Tarixin izi ilə” adlı sənədli film nümayiş etdirilmişdir. Tədbirin sonunda 20 Yanvar hadisələrində və Azərbaycan uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə ehsan süfrəsi açılmışdır.

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə çoxsaylı yerli media qurumları tərəfindən 20 yanvar hadisələrinə dair geniş məlumatlar yayılmış və məqalələr dərc edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti