...

İsa Həbibbəyli və Gövhər Baxşəliyevaya yeni vəzifə verildi

Cəmiyyət Materials 27 Yanvar 2022 14:19 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Akademiyadan Trend-ə verilən məlumata görə, AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin ayrı-ayrılıqda fəaliyyət göstərməsi haqqında qərar qəbul edilib.

Humanitar Elmlər Bölməsinə rəhbərlik akademik İsa Həbibbəyliyə, İctimai Elmlər Bölməsinə rəhbərlik isə akademik Gövhər Baxşəliyevaya həvalə olunub.

AMEA Rəyasət Heyətinin növbəti qərarı ilə akademik Gövhər Baxşəliyeva AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən təyin edilib.

İclasda, həmçinin AMEA-nın Humanitar Elmlər Bölməsinin və İctimai Elmlər Bölməsinin Elmi şuralarının yeni tərkibləri də təsdiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti