...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 1 Fevral 2022 19:03 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38 362 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 308, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 420, buster doza üzrə vaksinasiya olunanların sayı isə 33 634 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 039 129, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 233 696, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 743 594, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 061 839 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti