...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 2 Fevral 2022 15:34 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36 866 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 062, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 412, buster doza üzrə vaksinasiya olunanların sayı isə 32 392 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 075 995, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 236 758, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 745 006, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 094 231 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti