...

Azərbaycanda nə qədər təcili tibbi yardım avtomobili var?

Cəmiyyət Materials 8 Fevral 2022 10:45 (UTC +04:00)
Azərbaycanda nə qədər təcili tibbi yardım avtomobili var?

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda olan təcili tibbi yardım maşınlarının sayı açıqlanıb.

Trend-in məlumatına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və Türkiyə Respublikası Sosial Müdafiə Qurumu (SGK) tərəfindən “İcbari tibbi sığortanın maliyyələşdirilməsi, informasiya texnologiyaları və geri ödəmə sistemləri” mövzusunda tədbirdə İTSDA-nın Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov deyib ki, hazırda Azərbaycanda 1300-dən artıq ambulans var.

O həmçinin qeyd edib ki, hazırda Azərbaycan üzrə 16 mərkəzi təcili yardım stansiyası fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti