...

14 il əvvəl təyyarə qəzasında həlak olan polkovnik-leytenanta şəhid statusu verildi

Cəmiyyət Materials 9 Mart 2022 12:53 (UTC +04:00)
10 dekabr 2005-ci il tarixdə 31 yaşında ikən polkovnik-leytenant rütbəsinə yüksəlmişdir. Dövründə keçirilən hərbi paradların təşkilində yüksək fəallıq göstərmiş, Azərbaycan bayrağını Vətən səmasına çəkən ilk pilotlarımızdan olmuşdur. Həmin dövrün ən çox uçuş saatı olan pilotu olmuşdur. Xidmət müddətində 24 iyun 2003-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı ilə "Hərbi xidmətlərə görə" medalı, 25 iyun 2006-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin adından, Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalla təltif olunmuşdur.
14 il əvvəl təyyarə qəzasında həlak olan polkovnik-leytenanta şəhid statusu verildi

Bakı. Samir Əli - Trend:

Azərbaycanda 14 il əvvəl təyyarə qəzası nəticəsində itkin düşən pilot polkovnik-leytenant Fəxrəddin Əsgərova şəhid statusu verilib.

Bu barədə Trend-ə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, 14 ildən sonra şəhidlik statusu sənədləri polkovnik-leytenantın ailəsinə təqdim olunub.

Xatırladaq ki, polkovnik-leytenant F. Əsgərov 29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi ilə təlim uçuşu keçirən zaman qəzaya uğrayıb.

Hadisədən bir neçə gün sonra təyyarədə olan digər pilot, kapitan Əfqan Aslanovun meyiti tapılsa da, F. Əsgərovun nəşi bu günə qədər tapılmayıb.

Qeyd edək ki, Fəxrəddin Əsgərov 1974-cü il 29 iyun tarixində Qazax rayonunda dünyaya gəlib. 1992-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və elə həmin il müsabiqə yolu ilə seçilərək təhsilini davam etdirmək üçün Türkiyə Respublikası Ali Hərbi Təyyarəçilik məktəbinə (Hava Harp Okulu) göndərilib. 1996-cı ildə ali təhsilini fərqlənmə ilə başa vurub.

2005-ci ildə 31 yaşında polkovnik-leytenant rütbəsinə yüksəlib. Dövründə keçirilən hərbi paradların təşkilində yüksək fəallıq göstərib, Azərbaycan bayrağını Vətən səmasına çəkən ilk pilotlarımızdan olub. Həmin dövrün ən çox uçuş saatı olan pilotu olub. "Hərbi xidmətlərə görə" medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalla təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti