...

Şahdağa 30 sm qar yağıb

Cəmiyyət Materials 11 Mart 2022 12:36 (UTC +04:00)
Şahdağa 30 sm qar yağıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Martın 10-u saat 12:00-a olan məlumata əsasən bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətinin məlumat verilib.

Yağıntı Lerikdə 11.0 mm, Şabranda 6.0 mm, Sədərək, Gədəbəy, Zaqatala, Xaltanda 2.0 mm, Ağdərə (Ordubad), Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Qobustan, Quba, Qusar, Bərdə, Göyçay, Salyan, Neftçala, Ağsu, Maştağada 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 30 sm, Qrızda 5 sm, Göygöldə 4 sm, Daşkəsəndə 3 sm, Xaltanda 1 sm olub.

Cənub-şərq küləyi arabir Gəncədə 24 m/s, Neftçala, Naftalanda 20 m/s, Ağdamda 18 m/s, Kəlvəzdə 17 m/s, Tərtərdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.7 metrə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti