...

“Məşğulluq marafonu” üzrə 1894 şəhid ailəsi üzvü və qazi işlə təmin edilib

Cəmiyyət Materials 15 Mart 2022 15:23 (UTC +04:00)
“Məşğulluq marafonu” üzrə 1894 şəhid ailəsi üzvü və qazi işlə təmin edilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin iyun ayında başladılan “Məşğulluq marafonu”na ötən dövrdə 623 işəgötürən qoşularaq 4320 vakansiya təqdim edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə,Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış hərbi qulluqçuların məşğulluğuna mühüm dəstək olan marafon çərçivəsində həmin kateqoriyalardan olan 1894 nəfər işlə təmin olunub.

“Məşğulluq marafonu”nda iştirak etmək istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti