...

Azərbaycanda keçirilən beynəlxalq imtahanların nəticələri xaricdə tanınmır?

Cəmiyyət Materials 17 Mart 2022 14:59 (UTC +04:00)
Azərbaycanda keçirilən beynəlxalq imtahanların nəticələri xaricdə tanınmır?
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda keçirilən beynəlxalq imtahanların nəticələri bəzi hallarda tanınmır. Bu daha çox SAT (Scholastic Aptitude Test, yəni akademik qabiliyyət imtahanı) imtahanlarında müşahidə edilir.

Bu barədə Trend-in suallarını cavablandıran Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, bu problem təkcə Azərbaycanda qeydə alınmır:

"Məsələn, Türkiyə Respublikasında SAT imtahanlarının nəticələri bir neçə dəfə ləğv olunub. Adətən, imtahanların nəticələri ilə bağlı hər hansı bir şübhə olduqda belə qərarlar verilir.

Beynəlxalq imtahanların keçirilmə yeri, şərait, bütün şərtlər beynəlxalq standartlar çərçivəsində tənzimlənir. Lakin bir çox hallarda şübhəli məqamlar olur. Bu da daha çox SAT imtahanı keçirilərkən ölkələr arasındakı saat fərqi ilə bağlı yaranır. Bunu əsas götürərək iddia edirlər ki, imtahan ola bilsin bir ölkədə daha erkən keçirilib və suallar hansısa iştirakçı tərəfindən başqa birinə və ya ölkəyə ötürülüb", - deyə o qeyd edib.

İ.Orucov bildirib ki, nəticələrin ləğvindən ehtiyat edən bəzi şəxslər imtahanı Gürcüstanda verməyi üstün tuturlar:

"Lakin bir daha bildirirəm ki, bu kimi problemlər yalnız imtahan nəticələrinə şübhə yarandıqda baş verir və nadir hallarda olur. Bu səbəbdən bütövlükdə Azərbaycanda verilən beynəlxalq imtahanlar xaricdə tanınmır, desək, düzgün olmaz", - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycanda beynəlxalq imtahanlar aidiyyəti üzrə müxtəlif qurumlar və səfirliklər tərəfindən beynəlxalq normalara uyğun qaydada keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti