...

Göygöl rayonunda qanunsuz obyekt tikintisi dayandırılıb (FOTO/VİDEO)

Cəmiyyət Materials 18 Mart 2022 12:16 (UTC +04:00)
Göygöl rayonunda qanunsuz obyekt tikintisi dayandırılıb (FOTO/VİDEO)

Bakı. Trend:

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qeyri-qanuni tikinti işlərinin qarşısını alıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Agentliyin mütəxəssisləri tərəfindən Göygöl rayonu, Quşqara kəndi ərazisində, Gəncə-Şəmkir avtomobil yolunun sağ və sol tərəflərində yerləşən vətəndaş Hüseynov Əli Ənvər oğluna məxsus mövcud obyektlərin müvafiq icazəverici sənədləri olmadan genişləndirilməsi işlərinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyektlər nəzarətə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti