...

Ağacları zədələyən şəxs cəzalandırılıb

Cəmiyyət Materials 21 Mart 2022 14:02 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 4/6 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

Trend xəbər verir ki, Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən 4 ağacın aqrotexniki qaydalara uyğun olmadan sərt budandığı məlum olub.

"Budama işlərinin düzgün aparılmamasına görə Birliyin sahə rəisi İlkin Abdullazadə barəsində qanunamüvafiq tədbirlər görülüb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti