...

Azərbaycanda daha 21 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Cəmiyyət Materials 24 Mart 2022 18:38 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 791 604 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 394 nəfər müalicə olunaraq sağalıb, 9 672 nəfər vəfat edib, aktiv xəstə sayı 538 nəfərdir.

Ölkədə son sutka ərzində 2 806, hazırkı dövrədək isə 6 676 788 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti