...

Güclü təsiredici maddələri satanlarla bağlı cəzalar sərtləşdirilir

Cəmiyyət Materials 6 Aprel 2022 15:45 (UTC +04:00)
Güclü təsiredici maddələri satanlarla bağlı cəzalar sərtləşdirilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda güclü təsir edən maddələri satanlarla bağlı cəzalar sərtləşdirilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, Cinayət Məcəlləsinin (240-cı maddə: Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) 240.1, 240.2 və 240.3-cü maddələrində nəzərdə tutulmuş əməllər güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Hazırda isə bu əməl dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd edək ki, dəyişikliklər Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti