...

Azərbaycanda son sutkada 20 nəfər koronavirusa yoluxub, ölən yoxdur

Cəmiyyət Materials 24 Aprel 2022 16:39 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 20 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, son sutkada COVID-19-dan ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 496 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 646 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib, aktiv xəstə sayı 143 nəfərdir.

Ölkədə son sutka ərzində 2 820, hazırkı dövrədək isə 6 794 952 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti