Bakı. Trend:
Məktəblərdə məktəbəhazırlıq qrupları fəaliyyətini davam etdirəcək.
Trend-in məlumatına görə bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov deyib.
O bildirib ki, bağçaların Təhsil Nazirliyinin tabeliyinə verilməsindən sonra məktəblərdə məktəbəqədərhazırlıq qruplarının ləğv ediləcəyi ilə bağlı fikirlər səslənir.
“Məktəbəhazırlıq qrupları fəaliyyətini davam etdirəcək. Məktəbəhazırlıq qruplarına qəbul hər il adətən iyul-avqust aylarında olur. Bu il də elan olunacaq. Bu qrupların bağlanması ilə bağlı hələlik heç bir məlumat yoxdur”,- deyə o əlavə edib