...

Baku Skills müsabiqəsi üzrə finalçılar bəlli oldu

Cəmiyyət Materials 9 May 2022 12:05 (UTC +04:00)
Baku Skills müsabiqəsi üzrə finalçılar bəlli oldu

Trend-i buradan izləyin

Bakı. Trend:

Baku Skills müsabiqəsi üzrə finalçılar bəlli olub.

"A" kateqoriyası üzrə (məktəblilər) 25 və "B" kateqoriyası üzrə (tələbələr) 10 komanda 26 - 29 may tarixlərində "TEKNOFEST Azərbaycan" festivalında öz layihələrini təqdim etmək imkanını qazanıblar!

Xatırlatmaq istəyirik ki, 1,2 və 3-cü yerlərin qalibləri 28 may - Müstəqillik Günü, elan olunacaqlar.

Əlavə məlumat əldə etmək üçün:

050 251 40 28
[email protected]
teknofest.az

Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti