...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 17 May 2022 19:34 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 530 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 367, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 487, üç və daha çox doza vaksin vurduranların sayı 2 412, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 691 178, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 344 206, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 844 534, üç və daha çox doza vaksin vurduranların sayı 3 259 032, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 243 406 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti