...

15-ci Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində nümayiş olunan “Təbio” markası geniş marağa səbəb olub (FOTO)

Cəmiyyət Materials 20 May 2022 16:30
15-ci Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində nümayiş olunan “Təbio” markası geniş marağa səbəb olub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakıda təşkil olunmuş 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – “Caspian Agro”da Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti öz stendi ilə iştirak edib.

Əsas fəaliyyət istiqamətləri bitkçilik və heyvandarlıq sahələrində kənd təsərrüfatı məhsularının istehsalı və emal işinin təşkilini nəzərdə tutan Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi MMC-nin missiyası dövlətə məxsus resursların müasir təcrübə, innovativ texnika və texnologiyaların tətbiqinə əsaslanaraq maksimal səmərə və effektivliklə istifadə edilməsi yoluyla ölkəmiz üçün yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalına nail olmaq, ətraf mühitin harmoniyasının saxlanması şərtilə əhalinin maddi rifahı və ərzaq təhlükəsizlıiyinin təmin edilməsinə əhəmiyyətli töhfə verərək aqraq iqtisadiyyatın əsas drayverlərindən birinə çevrilməkdir.

Geniş izləyici kütləsinin marağına səbəb olan sərgidə 2022-ci ilin mart ayından etibarən müəssisə qeydə alınmış rəsmi əmtəə nişanı olan “TƏBİO” markası altında emalına başlanmış yüksək keyfiyyətli, biloji saf süd, ət və ət məhsulları, bal nümayiş olunurdu.
Yüksək zövq ilə hazırlanmış stenddə müəssisə tərəfindən emal olunmuş kərə yağı, pendir, xama, qaymaq, ayran, qatıq və digər məhsullar sərgi iştirakçılarının geniş marağına səbəb olub.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə keçirilən “Caspian Agro 2022” və “InterFood Azerbaijan 2022” sərgiləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri öz məhsul və xidmətlərini təqdim ediblər.

Qeyd edək ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində ən böyük beynəlxalq sərgi olan “Caspian Agro”da ümumilikdə 24 ölkədən 449 şirkət iştirak edirdi ki, bunlardan da 101 yerli, 348 xarici şirkətlərdir.

“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin sədri Fəda Abbasov bildirib ki, heyvandarlıqda istifadə olunan əsas yem məhsullarının da öz sahələrimizdən alınması, heyvanlarda baytarlıq tədbirlərinin vaxtlı aparılmasının təmin olunması, südün sağım və saxlanmasına birbaşa nəzarət, emal proseslərinin özümüz tərəfindən həyata keçirilməsi tam emal tsiklinin yaradılmasına imkan verir ki, bu da gələcəkdə “TƏBİO” məhsullarını “Ekoloji Təmiz Məhsul” standartlarına tam cavab verən məhsul kimi həm daxili bazara, həm də xarici bazarlara təqdim etmək imkanı yaradır.

Xəbər lenti

Xəbər lenti