...

AQTA-nın “WhatsApp” xidməti də fəaliyyət göstərəcək

Cəmiyyət Materials 27 May 2022 11:17 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nəzarət və tənzimlənmə tədbirlərinin operativ, şəffaf və daha səmərəli təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu məqsədlə “1003 - Çağrı Mərkəzi” ilə yanaşı, “WhatsApp” xidməti də fəaliyyət göstərəcək.

Agentlikdən Trend-ə verilən məlumata görə, Agentlik əməkdaşlarının, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyəti, göstərilən xidmətlərlə bağlı vətəndaşlar öz şikayət və təkliflərini, qanunazidd hallarla bağlı müraciətlərini Agentliyin (010) 200 10 03 nömrəsinə “WhatsApp” vasitəsilə də ünvanlaya bilərlər.

Daxil olan məlumatlar (yazılı, görüntülü və ya səsli) təhlil edilərək, qurumun fəaliyyət sahələrinə və vəzifələrinə uyğun qanunvericilik çərçivəsində icrası təmin ediləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti