...

Pedaqoji Kollecdə “Arzular əngəlsizdir” adlı tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 27 May 2022 11:59 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) “Arzular əngəlsizdir” adlı tədbir keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların daxilində olan bacarığı inkişaf etdirmək və cəmiyyətə təqdim etməkdir. Tədbirin təşkilində kollecin musiqi müəllimi Səkinə Bağışova xüsusi rol oynayıb.

Tədbiri giriş sözü ilə görmə məhdudiyyətli tələbə Zəhra Hüseynova açıb. Sonra tələbə Yeganə Rəhimova ailə və ev təhsili ixtisasında təhsil alan Seyrat Musayeva haqqında məlumat verib. Seyrat qarşısına çıxan çətinliklərə baxmayaraq üzərində çalışaraq həm rus, həm də ingilis dilini dərindən öyrənib.

Tədbirdə təqdim edilən səhnəcikdən sonra psixologiya müəllimi Zeynəb Kələntərova Azərbaycanda İnkluziv təhsilin tətbiqindən danışıb.

Məktəbəqədər təlim və tərbiyə ixtisasında təhsil alan Zəhra Məmmədova pianoda ifa edib. İnkluziv təhsil ixtisasında təhsil alan nitq məhduddiyətli tələbələr, Səfərli Fatimə və Ağayeva Şəms öz bacarıqlarından, motivasiyalarından və gələcək arzularından bəhs edib. Fatimə öz daxili aləmini, zənginliyini saplara ötürüb hörmə işləri ilə məşğul olur.

Şəms isə yaşının az olmasına baxmayaraq taekvondo üzrə bir neçə medallarla təltif olunub.

Daha sonra valideynlər öz təəssüratlarını bölüşüblər.

Sonda sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Sevda Axundova tələbələrə və valideynlərə xoş arzularını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti