...

BSU-da 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb (FOTO)

Cəmiyyət Materials 1 İyun 2022 15:22 (UTC +04:00)
BSU-da 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb (FOTO)

Bakı. Trend:

İyunun 1-dən Bakı Slavyan Universitetində (BSU) 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası ənənəvi formada başlayıb.

İmtahan sessiyası Azərbaycan Respublikası Təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 19 may 2022-ci il tarixli F-282 nömrəli müvafiq əmrinin tələblərinə uyğun olaraq həyata keçirilir. Yaz semestrinin imtahan sessiyası 6 iyuladək davam edəcək.

İmtahanla bağlı BSU-da əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib, imtahan sessiyasının keçirilməsi üçün mövcud pandemiya şəraiti nəzərə alınaraq tədbirlər həyata keçirilib.

Hər fənn üzrə tələbələrin giriş balları fakültələrdə müvafiq lövhələrdə asılıb.

BSU-da imtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı İmtahan Qərargahı yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində Apelyasiya Komissiyası fəaliyyət göstərir. Bununla yanaşı, irad, təklif və fikirlərini qeyd etmək üçün [email protected] ünvanına yazmaqla, müraciət etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti