...

Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub

Cəmiyyət Materials 9 İyun 2022 10:16 (UTC +04:00)
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

TƏBİB ötən gün Şəmkirdə dönərdən zəhərlənənlərin vəziyyəti ilə bağlı açıqlama yayıb.

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildiriblər ki, 10 nəfər zəhərlənmə diaqnozu ilə 08.06.2022-ci il tarixində saat 22:50 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

"Vətəndaşlara zəruri təcili tibbi yardım göstərilib və vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Zəruri müayinələr tamamlandıqdan sonra vətəndaşların gün ərzində ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulur", - açıqlamada deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti