...

Daha 100 şəhid ailəsi və qazi üçün kiçik bizneslər yaradılıb (FOTO)

Cəmiyyət Materials 9 İyun 2022 14:19 (UTC +04:00)
Daha 100 şəhid ailəsi və qazi üçün kiçik bizneslər yaradılıb (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçılarının özünüməşğulluq proqramı çərçivəsində müvafiq dəstək işləri davam edir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ƏƏSMN-in tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra edilən özünüməşğulluq proqramına bu ilin ötən dövründə 1351 şəhid ailəsi, qazi cəlb olunub.

Proqram çərçivəsində mal və materiallar formasında verilmiş aktivlər hesabına onlar kiçik təsərrüfat və müəssisələrini yaradıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti