...

Bu il XI sinifi bitirən şagirdlərin sayı açıqlanıb

Cəmiyyət Materials 10 İyun 2022 15:10 (UTC +04:00)
Bu il XI sinifi bitirən şagirdlərin sayı açıqlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu il XI sinifi 91 188 şagird bitirir.

Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2021-2022-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 133 422 nəfər, XI siniflərini 91 188 nəfər şagird bitirəcək. IX sinfi bitirənlərdən 61 400 nəfəri qız, 72 022 nəfəri oğlan, XI sinfi bitirənlərdən 42 005 nəfəri qız, 49 183 nəfəri oğlandır.

2021-2022-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 5896 məktəbəhazırlıq qrupunu 100 529 nəfər uşaq başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti