...

BSU Türkiyədə keçirilən təhsil sərgisində təmsil olunub (FOTO)

Cəmiyyət Materials 13 İyun 2022 16:12 (UTC +04:00)
BSU Türkiyədə keçirilən təhsil sərgisində təmsil olunub (FOTO)

Bakı. Trend:

İyunun 11-12-də Türkiyənin İstanbul Kent Universitetində keçirilən Azərbaycan universitetlərinin sərgisində Slavyanşünaslıq üzrə regionun birinci universiteti olan Bakı Slavyan Universiteti də təmsil olunub.

Sərgidə BSU-nun Əcnəbi tələbələrlə iş üzrə dekanı Ülviyyə Məmmədova və Tərcümə fakültəsinin tyutoru Nazpəri Əhmədova iştirak ediblər.

BSU-nun Əcnəbi tələbələrlə iş üzrə dekanı Ülviyyə Məmmədova Türkiyənin "Haber Global", "Ülkə TV", "Beyaz TV" kanallarına və "Anadolu Ajansı"na müsahibə verib.

Ü. Məmmədova BSU-nun fəaliyyəti, təlim-tədris prosesinin təşkili, beynəlxalq əlaqələri və əcnəbi tələbələr üçün təhsil imkanlarından söz açıb.

Sərgidə BSU ilə yanaşı, Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Texniki Universiteti (ATU) təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti