Bakı. Trend:
Bu gün Azərbaycanın ümumtəhsil məktəblərində "Son zəng" tədbirləri keçirilib.
Trend-in məlumatına görə, hər il olduğu kimi, bu il də "Son zəng" tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə ümumtəhsil məktəblərində təşkil edilib.
Qeyd edək ki, 2021-2022-ci tədris ilində respublikanın
ümumtəhsil məktəblərinin IX siniflərini 133 min 422 şagird, XI
siniflərini 91 min 188 şagird bitirir.
IX sinfi bitirənlərdən 61 min 400 nəfəri qız, 72 min 22 nəfəri
oğlan, XI sinfi bitirənlərdən 42 min 5 nəfəri qız, 49 min 183
nəfəri oğlandır.
2021-2022-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində
fəaliyyət göstərən 5 min 896 məktəbəhazırlıq qrupunu 100 min 529
nəfər uşaq başa vurub.
FOTO: Zaur Mustafayev