...

Zərərli orqanizmlərin siyahısında dəyişiklik edilib

Cəmiyyət Materials 17 İyun 2022 13:10 (UTC +04:00)
Zərərli orqanizmlərin siyahısında dəyişiklik edilib

Bakı. Trend:

“Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən, karantin tətbiq edilən zərərli orqanizmlərin Siyahısı”nda dəyişiklik edilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, qərarda Azərbaycan Respublikası ərazisində aşkar edilməyən, karantin tətbiq edilən zərərli orqanizmlər üzrə siyahıya Nematodlar hissəsinin əlavə edilməsi, Həşəratlar, Bakteriyalar, Göbələklər, Virus, mikoplazma və viroidlər, Alaq otları və parazit bitkilər, hissəsinə əlavə və dəyişikliklərin edilməsi və Azərbaycan Respublikası ərazisində məhdud dairədə yayılmış karantin tətbiq edilən zərərli orqanizmlər üzrə siyahıya isə Nematodlar, Bakteriyalar, Göbələklər, Viruslar hissəsinin əlavə edilməsi, Həşəratlar hissəsinə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Qərarın qəbul edilməsi ilə Azərbaycan Respublikası ərazisində aşkar edilməyən və Azərbaycan Respublikası ərazisində məhdud dairədə yayılmış, ölkə üçün potensial təhlükə törədə bilən, karantin tətbiq edilən zərərli orqanizmlərin mövcud siyahısı yenilənib.

Qərar fitosanitar nəzarəti sahəsində sabitliyin təmin olunması, zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və onlarla effektiv mübarizə işlərinin daha yaxşı təşkilinə imkan yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti