Füzuli. Trend:
Çox şadam ki, Füzuli, Şuşa, Ağdam kimi işğaldan azad edilmiş şəhərləri ziyarət etmək imkanı yaradılıb.
Bunu Trend-ə Füzulidə anadan olmuş, Bakıdan ilk reyslə doğma şəhəri ziyarət etmiş Şahin Quruçaylı deyib.
O vurğulayıb ki, doğmaları, o cümlədən valideynləri Füzulidə dəfn olunub.
"Mən onların qəbrini ziyarət etmək istərdim, amma ermənilərin yerləşdirdiyi minalara görə, hələlik bu, mümkün deyil", - deyə o bildirib.
Qeyd edək ki, bu gün Bakıdan Füzuliyə ilk avtobus reysi həyata keçirilib.
(Tərcümə: Orxan Nəbiyev)