...

Təhsil Nazirliyinin uşaq bağçalarında apardığı monitorinqlər başa çatıb

Cəmiyyət Materials 28 İyun 2022 16:12 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Mingəçevir. Trend

Təhsil Nazirliyi bağçalarla bağlı diaqnostik qiymətləndirməni bitirib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev Mingəçevir şəhər 9 nömrəli tam orta məktəbdə STEAM mərkəzinin açılışı zamanı jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, bu məsələdə bu il üçün bir neçə prioritet sahə var.

"Çünki bütün işləri birdən-birə görmək mümkün deyil. Birinci mərhələdə əsas iş bağçalara şagird qəbulunun qaydaya salınmasıdır. Şagird qəbulunun vahid platforma üzərindən həyata keçirilməsini istəyirik. Hazırda bununla bağlı ölkə üzrə məlumat bazası formalaşmamaqdadır. İkinci işimiz ilk dəfə müəllimlərin, tərbiyəçilərin bağçalara işə qəbulunun vahid formatda aparılmasıdır. Bunun da şəffaflığa, işə qəbul prosedurlarına daha səmərəli töhfə verəcəyinə inanıram. Mingəçəvir və digər şəhərlərdə bağça müdiri vəzifələri boşdur. Bir məsələ direktorların bağçalara işə qəbul prosesinin şəffalaşması və bunun müsabiqə əsasında aparılmasıdır. Bu prosesin yay ərzində aparılmasını planlaşdrırıq. Bağçalarla bağlı uşaqların qidalanma məsələsi daha çətin və vacib məsələlərdən biridir. Düşünürəm ki, bununla bağlı qaydalar köhnəlib, yeni qaydaların hazırlanması zamanı çatıb. Ancaq həmin qaydaları hazırlamaq zaman tələb edir və bunlar icra oluna bilən olmalıdır. Bu istiqamətdə işlərimiz davam edir", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti