...

Qurban bayramı günlərində AQTA nəzarət tədbirlərini gücləndirəcək

Cəmiyyət Materials 29 İyun 2022 14:41 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Adi günlərlə müqayisədə bayram günlərində daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyini nəzərə alaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birgə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirəcək.

Trend-in məlumatına görə, bunu AQTA-nın Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib.

Onun sözlərinə görə, Qurban bayramı günlərində əvvəlki illərdə olduğu kimi, qurbanlıq heyvan kəsimi və satışı xidmətləri müvafiq qurumlarla birlikdə əvvəlcədən müəyyənləşdirilmiş ünvanlarda təşkil ediləcək: "Bu satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblərə uyğun kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq. Bununla yanaşı, regionlarda AQTA ilə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı nəzərdə tutulur. Hazırda respublikanın bütün yerlərində heyvan kəsimi məntələrinin müəyyənıəşdirilməsi istiqamətində işlər görülür. İndiyə kimi müəyyənləşdirilmiş yerlərin sayı təxminən 130-dan çoxdur. Bunlar həm diri heyvanların, həm də heyvanlarının kəsim və satış məntəqləri aiddir. Ola bilsin ki, rəqəmdə dəyişillik ola bilər. Proses davam etdiyindən Qurban bayramına bir neçə gün qalmış ünvanlar açıqlanacaq".

"Bayram günlərində AQTA-nın müfəttişləri aiddiyyəti dövlət qurumları ilə birlikdə nəzarət tədbirlərini gücləndirəcək", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti