...

Sumqayıt Ukraynaya humanitar yardım göndərib (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 5 İyul 2022 08:57 (UTC +04:00)
Sumqayıt Ukraynaya humanitar yardım göndərib (FOTO) (YENİLƏNİB)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt Ukraynaya humanitar yardım göndərib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin (ŞİH) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bugün Sumqayıt ŞİH tərəfindən Ukrayna xalqına humanitar yardım məqsədilə ərzaq məhsulları, məişət və tibbi sərfiyyat mallarından ibarət humanitar yardım göndərilib. Yardıma saxlama müddəti uzun olan məhsullar (konservlər, dənli bitkilər, quru yemək payı və s.), eləcə də uşaq qidaları, dərman vasitələri və geyimlər daxildir.

Polşanın Varşava hava limanına təyyarə ilə çatdırılacaq humanitar yük bugün Ukraynanın ölkəmizdəki səfirinin və Sumqayıt ŞİH nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıb.

Ümumi çəkisi 50 ton miqdarında olan humanitar yardım tərəfdaş şəhərlər xətti ilə Ukraynanın Çerkassı vilayət administrasıyasından Sumqayıt ŞİH-ə edilmiş rəsmi müraciətə cavab olaraq hazırlanıb və Çerkassı şəhəri əhalisinin ehtiyacları üçün nəzərdə tutulub.

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda Sumqayıt ŞİH-in Ukraynanın Çerkassı şəhərinə humanitar yardım göndərəcəyi ilə bağlı xəbərlər paylaşılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti