Bakı. Trend:
Vətəndaşların mənzillərlə yaxından tanış olmaları üçün güzəştli mənzillərin demo versiyası istifadəyə verilib və bu real versiya ilə eynidir. Hansısa işbazlar bundan istifadə edərək proqram təminatları hazırladıb.
Trend-in məlumatına görə, bunu MİDA-nın əməkdaşı Fərman Qurbanlı bu gün keçirilən brifinqdə deyib.
"Vətəndaşlar daha rahat seçim etsin deyə, təqdim etdiyimiz versiyadan işbazlar bu yolla istifadə edib. Növbəti mərhələdə artıq fərqli versiyadan istifadə ediləcək. Mənzillər seçimə çıxarılmazdan 30 gün əvvəl məlumat veriləcək. Mənzillərin seçim prosesinə kənar müdaxilələrin qarşısının alınması üçün lazımi tədbirlər görüləcək", - o qeyd edib.