...

Nazirlik intihara cəhd edən qazi ilə bağlı məlumat yaydı

Cəmiyyət Materials 13 İyul 2022 19:26 (UTC +04:00)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xaçmazda intihara cəhd edən Əsədullayev Yusif Seyfulla oğlu barədə açıqlama yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Vətən müharibəsi iştirakçısı Əsədullayev Yusif Seyfulla oğluna 28.05.2021-ci il tarixdən III dərəcə müharibə əlilliyi təyin edilib və ona 300 manat məbləğində Prezidentin aylıq təqaüdü ilə yanaşı, əlilliyə görə 623.51 manat məbləğində pensiya ödənilir.

Bildirilib ki, Yusifə həmçinin 4400 manat sığorta ödənişi, YAŞAT Fondu tərəfindən 14648.17 manat maddi yardım edilib. Vətəndaşın anası Əsədullayeva Ağbəniz Cəlil qızı “Maldarlıq təsərrüfatı” zərfi üzrə özünüməşğulluq proqramına müraciət edərək aktivlərlə təmin olunub.

Müharibə bitdikdən sonra məşğulluq filialına yaxınlaşaraq özünüməşğulluq proqramına cəlb olunmaq istədiyini bildirib.

Xaçmaz rayon İH tərəfindən 30.08.2021-ci il tarixində imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülüb.

O, 27 sentyabr 2021-ci ildə nazirlik tərəfindən imtiyazlı şəxs kimi minik avtomobili ilə təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti