...

Cari ilin 1-ci yarısında Energetika Nazirliyi və tabeli qurumlara 3 265 müraciət daxil olub

Cəmiyyət Materials 15 İyul 2022 12:13 (UTC +04:00)
Cari ilin 1-ci yarısında Energetika Nazirliyi və tabeli qurumlara 3 265 müraciət daxil olub

Bakı. Trend:

2022-ci ilin 1-ci yarısında Energetika Nazirliyi və tabeli qurumlara 3265 vətəndaş müraciəti daxil olub ki, bunlardan 2377-si müvafiq qaydada icra olunub, 580-i isə icradadır. 308 müraciət məlumat xarakterlidir.

6 ay ərzində Nazirlik və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 135 vətəndaş qəbulu keçirilib, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Bu dövrdə nazirliyin sosial şəbəkə hesabları vasitəsilə 50 müraciət daxil olub ki, bunlar aidiyyəti üzrə yönləndirilib, sorğu tipli müraciətlər isə birbaşa və ya müvafiq struktur bölmələrin rəyləri əsasında cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti