...

Müharibədən sonra hər an dövlətin qayğısını üzərimdə hiss etmişəm - Vətən müharibəsi iştirakçısı

Cəmiyyət Materials 20 İyul 2022 09:18 (UTC +04:00)
Müharibədən sonra hər an dövlətin qayğısını üzərimdə hiss etmişəm - Vətən müharibəsi iştirakçısı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Müharibədən sonra hər an dövlətin qayğısını üzərimdə hiss etmişəm və bu gün də edirəm.

Bunu Trend-ə açıqlamasında Vətən müharibəsi iştirakçısı, qazi Faiq Yusifov deyib.

Vətən müharibəsi iştirakçısı bildirib ki, 2020-ci il sentyabrın 27-də erməni hərbi birləşmələrinin təxribatının qarşısının alınması məqsədilə döyüşlərə qatılıb.

"2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrində gizir kimi xidmətə başlamışam. 2020-ci il sentyabrın 27-dən döyüşlərə qatıldım. Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad olunmasında iştirak etmişəm. Qubadlı rayonunda gedən döyüşlərdə ağır yaralandım və hospitala yerləşdirildim. Həkimlərin operativ səyi nəticəsində həyatım xilas edildi.

Hospitalda və sonra daim nəzarətdə saxlanıldım".

Qazi Yusifov deyir ki, müharibədən sonra dövlətin dəstəyini bu günə qədər hiss edir. ""Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Vətən uğrunda" və "Vətən Müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşam.

Hal-hazırda müharibə əlili kimi müavinət alıram. Müharibədən sonra yaralanmasına görə sığorta və müavinətlər vaxtında verildi, əməliyyat və müalicə xərclərim dövlət tərəfindən ödənilib. Bundan başqa, mənzil şəraitimin yaxşılaşdırılması məqsədilə mənə yeni inşa olunan binadan 2 otaqlı mənzil verilib. Hazırda səhhətim mütəmadi olaraq dövlət qurumları tərəfindən nəzarətdə saxlanılır, vaxtaşırı pulsuz müalicə alıram. Hər an dövlətin dəstəyini hiss edirəm. Hazırda səhhətim normaldır, müalicələrin dövlət tərəfindən həyata keçirilir. Mənə göstərilən yüksək qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Cənab Prezident müharibə iştirakçılarının vəziyyətini daim diqqətdə saxlayır. Azərbaycanın müdafiəsi üçün hər an hazıram",-Faiq Yusifov deyib.

Xəbər lenti

Xəbər lenti