Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.
Mülayim şimal-qərb küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə,
havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, Bakıda
gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 756
mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 37-40°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 10-15° isti, gündüz 27-32° isti olacaq.