...

Azərbaycanda tələbələrin sayı 20 min artacaq

Cəmiyyət Materials 22 İyul 2022 13:09 (UTC +04:00)
Azərbaycanda tələbələrin sayı 20 min artacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda tələbələrin sayı 20 min artacaq.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

Qeyd edilib ki, gəlirindən asılı olmayaraq bütün ailələrin övladları üçün ali təhsilə əlçatanlıq təmin olunacaqdır. Ali təhsilin məzmununda əmək bazarının tələbləri nəzərə alınacaq, ali təhsilin keyfiyyəti artırılacaq və beynəlxalq rəqabətliliyi təmin olunacaq, rəqabətli maliyyələşmə və idarəetmə mexanizmləri yaradılacaqdır. Nəticədə, ali təhsilə qəbul olan tələbələrin sayı əlavə olaraq 20 min nəfər artacaqdır

Təhsilin bütün səviyyələrində təhsilalanlara rəqəmsal biliklər aşılanacaqdır. Qlobal informasiya məkanından istifadə üçün maarifləndirmə tədbirləri həyata keçiriləcəkdir. Təhsil müəssisələrində İKT əsaslı infrastruktur inkişaf etdiriləcəkdir. Nəticədə, tədris prosesində və idarəetmədə İKT-nin tətbiqi genişləndiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti