Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İsrail Azərbaycan Təlim Mərkəzində təşkil etdiyi Technest təqaüd proqramının “UI/UX Designer”, “QA Software-Testing”, “Full/Stack Developer”istiqamətləri üzrə təhsil alan 50 nəfər tələbəsi məzun olub. Məzun günündə tələbələrlə yanaşı ölkənin bir sıra nüfuzlu şirkət və müəssisələrinin nümayəndələri iştirak ediblər.
“Technest” Təqaüd Proqramının layihə rəhbəri Fatimə Ələkbərova və İsrail Azərbaycan Təlim Mərkəzinin baş meneceri Rasim Abdullayev çıxış edərək, məzunların tədris prossesində əldə etdikləri bilik və bacarıqlarından danışıb, məzunlara gələcək iş həyatlarında uğurlar diləyiblər.
Sonra məzunlar hazırladıqları layihələr haqqında təqdimatla çıxış ediblər. Tədbirdə iştirak edən “Pasha Life”, “Azercell”, “Azintelekom” MMC, "Itech" “Smart Solution”, “TİM Group”, “CyberNet”, “Agile Solution”, və digər şirkətlərin məsul əməkdaşları məzunların layihələri ilə yaxından tanış olublar.
Sonra məzunlara sertifikatlar verilib.
Tədbirin ikinci hissəsində isə şirkət rəsmiləri məzunları daha yaxından tanımaq üçün onların təqdimatları üzərindən daha ətraflı müzakirələr aparıblar. Qeyd edək ki, 50 nəfər məzundan 15 nəfəri müxtəlif şirkətlərdə işlə təmin olunub.