...

Ötən ay azad edilən ərazilərdə 683 mina aşkarlanıb

Cəmiyyət Materials 1 Avqust 2022 15:37 (UTC +04:00)
Ötən ay azad edilən ərazilərdə 683 mina aşkarlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş bütün qurumlar tərəfindən icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, iyulun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 578, tank əleyhinə 105 mina və 1028 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 6.903 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti