...

Azərbaycanda Quran hafizləri arasında müsabiqə elan edilib

Cəmiyyət Materials 8 Avqust 2022 16:36 (UTC +04:00)
Azərbaycanda Quran hafizləri arasında müsabiqə elan edilib

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Azərbaycan İlahiyyat İnstitutu və Şamaxı rayonu Göylər kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə Qurani-Kərim hafizləri arasında Vətən Müharibəsi şəhidi hafiz Elgün Quliyevin xatirəsinə həsr edilmiş müsabiqə elan edilir.

Fonddan Trend-ə verilən məlumata görə, iki mərhələdən ibarət olacaq müsabiqənin 1-ci mərhələsi Bakı, 2-ci (final) mərhələsi isə Şamaxı şəhərində keçiriləcək. 1-ci mərhələdə müvəffəqiyyət qazanmış 15 nəfər arasında final yarışması təşkil olunacaq. Finalda ən yüksək göstəricilərə malik olan 5 nəfər müsabiqənin qalibi elan olunacaq.

Qeyd edək ki, müsabiqə Qurani-Kərimin 30-cu cüzü əsasında təşkil olunacaq.

Müsabiqədə iştirak üçün kriteriyalar:
• Yaşı 16-dan 30-dək olan şəxslər

Müsabiqə şərtləri:
• Xətasız qiraət etmək
• Təcvid qaydalarına riayət etmək

• Gözəl oxunuşa (hüsnül-əda) riayət etmək

QEYD: Müsabiqədə iştirak etmək istəyən şəxslərdən şəxsiyyət vəsiqəsinin surətini, mobil nömrə və yaşadığı yer (yaşadığı şəhər və ya rayonun adı) haqqında məlumatları [email protected] ünvanına göndərmələri xahiş olunur.

Mükafat:
I yer – 1000 AZN
II yer – 800 AZN
III yer – 600 AZN
IV yer – 500 AZN

V yer – 400 AZN

Müsabiqəyə sənəd qəbulunun müddəti: 8 – 31 avqust 2022-ci il

1-ci mərhələnin keçiriləcəyi tarix: 6-8 sentyabr 2022-ci il

Final mərhələsinin keçiriləcəyi tarix: 16 sentyabr 2022-ci il

Əlaqə:
Tel: (012) 436 98 54;

Mob: 055 228 49 80
E-mail: [email protected]
Ünvan: Bakı şəhəri, Ə.Naxçıvani küç., 29

Məqalədə:
Xəbər lenti

Xəbər lenti