...

Yeni məktəbli formalarının satışa çıxarılacağı tarix dəyişdirildi

Cəmiyyət Materials 15 Avqust 2022 11:24 (UTC +04:00)
Yeni məktəbli formalarının satışa çıxarılacağı tarix dəyişdirildi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda məktəbli formalarının satışa çıxarılması üçün işlər yekunlaşmaq üzrədir.

Bu barədə Trend -in suallarıın cavablandırarkən "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.

O qeyd edib ki, məktəbli formaları avqustun 17-dən satışa çıxarılacaq.

"Formalar hazırlandıqdan sonra anbarlara yığılır. Hazırda yalnız aşağı siniflər (I-VI) üçün formalar hazırlanıb. Zaman az olduğu üçün yuxarı siniflər üçün hələ ki, forma hazırlanmayıb. Tikilən geyimlərin sayı hələ ki, məlum deyil. Qiymətlərə gəlincə isə, məktəbli formalarının qiyməti onun rəngindən, formasından və parçanın keyfiyyətindən aslıdır. Bununla bağlı hesablamalar aparıldıqdan sonra məlumat vermək mümkün olacaq", - deyə E. Əzimov əlavə edib.

Qeyd edək ki, daha məktəbli formalarının avqustun 16-da satışa çıxarılması planlaşdırılırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti