...

“Qafqazinfo”nun 12 yaşı tamam olur

Cəmiyyət Materials 16 Avqust 2022 12:43 (UTC +04:00)
“Qafqazinfo”nun 12 yaşı tamam olur

Bakı. Trend:

Bu gün Azərbaycanın tanınmış "Qafqazinfo.az" xəbər portalının yaranmasının 12 ili tamam olur.

“Qafqazinfo” 2010-cu il avqustun 16-da oxucularına ilk xəbərini təqdim edib. Portalda Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır.

Bundan başqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır.

Trend İnformasiya Agentliyi də çoxsaylı kollektivi adından həmkarlarını Azərbaycanın media məkanına qatılmalarının 12 illiyi münasibətilə təbrik edir, “Qafqazinfo”ya gələcək fəaliyyətində uğurlar, həmişə media məkanında parlamağı arzulayır!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti