...

Bu yollarda sıxlıq var, avtobuslar gecikir - SİYAHI

Cəmiyyət Materials 18 Avqust 2022 18:57 (UTC +04:00)
Bu yollarda sıxlıq var, avtobuslar gecikir - SİYAHI

Bakı. Trend:

Vahid Dispetçer Xidmətinin bu gün axşam pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 42 müntəzəm marşrut xətti üzrə 146 avtobusun hərəkət intervalında gecikmələr var.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, aşağıdakı küçə və prospektlərdə sıxlıq müşahidə olunur:

1. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti -20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-8 dəqiqə gecikmə müşahidə olunur.

2. Tbilisi prospekti – 20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-14 dəqiqə gecikmə müşahidə olunur.

3. Akademik Həsən Əliyev küçəsi - hər iki istiqamətdə 6, 13, 61 və 83 nəmrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 5-7 dəqiqə gecikmə müşahidə olunur.

4. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 14-16 dəqiqə gecikmə müşahidə olunur

5. Binəqədi şossesi – hər iki istiqamətdə 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-22 dəqiqə gecikmə müşahidə olunur.

6. Zabrat şossesi – şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-14 dəqiqə gecikmə müşahidə olunur.

7. Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-16 dəqiqə gecikmə müşahidə olunur.

8. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küç, Neftçilər prospekti Azneft dairəsi istiqamətində 5, 18, 88, 125, 127 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 12-16 dəqiqə gecikmə müşahidə olunur

9. 3-cü mkr dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cavadov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda gecikmə 10-12 dəqiqədir.

10. Koroğlu Rəhimov küçəsi – Hər iki istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 13N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-20 dəqiqəyə gecikmə müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti