Bakı. Trend:
Xaçmaz rayonunda xüsusi dövlət mühafizə sahəsində çalışan əməkdaşların peşə bayramı qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə müasir Azərbaycan dövlətinin banisi
və qurucusu ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət
edərək önünə güldəstələri qoyublar.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev xüsusi dövlət
mühafizəsi sistemində çalışan əməkdaşları peşə bayramı münasibətilə
təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib
ki, xüsusi mühafizə sisteminin şəxsi heyəti Azərbaycan
Respublikasının ərazi bütövlüyü, ölkəmizdə ictimai-siyasi
sabitliyin qorunması, respublikamızda baş verə biləcək terror
aktlarının qarşısının alınması kimi ən mühüm sahələrdə daim
nümunəvi fəaliyyəti və fədakarlığı ilə diqqəti cəlb edib. Əminliklə
qeyd olunub ki, xüsusi mühafizə sisteminin əməkdaşları onlara
göstərilən etimadı nümunəvi xidmətləri ilə daim ən yüksək səviyyədə
doğrultmağa çalışır, ölkəmizin təhlükəsizliyinin təmin olunmasına
mühüm töhfələr verirlər.
Çıxış edən yerli hüquq mühafizə orqanlarının rəhbərləri peşə
sahiblərini təbrik ediblər.
Sonda xidmətdə fərqlənən əməkdaşların bir qrupuna Xaçmaz Rayon İcra
Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.