...

Evində narkotik vasitə gizlədən Ağdam sakini məsuliyyətə cəlb edilib (FOTO)

Cəmiyyət Materials 28 Avqust 2022 14:03 (UTC +04:00)
Evində narkotik vasitə gizlədən Ağdam sakini məsuliyyətə cəlb edilib (FOTO)

Bakı. Trend:

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təbirlər nəticəsində rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Kamil Əliyev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman sellofan bükümlərdə qablaşdırılmış külli miqdarda metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti