...

Ötən həftə daha 130 şəhid ailəsi üzvü və müharibə veteranına aktivlər verilib (FOTO)

Cəmiyyət Materials 14 Sentyabr 2022 00:39 (UTC +04:00)
Ötən həftə daha 130 şəhid ailəsi üzvü və müharibə veteranına aktivlər verilib (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində də şəhid ailəsi üzvlərinə Vətən müharibəsi veteranlarına dəstək göstərilməsi işləri davam edir.

Nazirlikdən Trend-ə verilən Ötən həftə daha 130 şəhid ailəsi üzvü və müharibə veteranı özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlərlə təmin olunub.

Biznes planlarına uyğun verilmiş aktivlər hesabına onlar müxtəlif iqtisadi fəaliyyət növləri üzrə kiçik bizneslərini yaradıblar.

Ümumilikdə bu ilin ötən dövründə proqram çərçivəsində 1948 şəhid ailəsi üzvü və müharibə veteranına aktivlər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti