Bakl. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri ilə birlikdə İstisu qəsəbəsində səyyar qəbul keçirib. Qəbulda İstisu İnzibati Ərazi Dairəsinə daxil olan İstisu qəsəbəsi və Vələmir kəndinin sakinləri iştirak edib.
Görüş iştirakçıları əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir
dəqiqəlik sükutla yad edib.
Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib.
Sakinlər yeni salınan yaşayış massivinin qazlaşdırılması, içməli
su, məktəb binasının əsaslı təmiri, uşaq bağçasının inşası və bir
neçə fərdi müraciət səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.