...

Bakıda innovativ müəllimlərin birinci şəbəkələşmə görüşü keçirilib

Cəmiyyət Materials 7 Oktyabr 2022 07:32 (UTC +04:00)
Bakıda innovativ müəllimlərin birinci şəbəkələşmə görüşü keçirilib

Bakı. Trend:

Nizami Kino Mərkəzində Azərbaycan Maarifçilər Assosiasiyası və “Tutorlab”ın birgə təşkilatçılığı ilə innovativ müəllimlərin birinci şəbəkələşmə görüşü keçirilib. Görüşdə respublikanın bütün şəhər və rayonlarından 500-ə yaxın innovativ maarifçi və müəllim iştirak edib.

Trend xəbər verir ki, Beynəlxalq Müəllimlər Günü münasibətilə təşkil edilən və iki hissədən ibarət olan tədbir şəbəkələşmə mövzusu ilə başlayıb.

Görüşdə Azərbaycan Maarifçilər Assosiasiyasının sədri Tofiq Sadıqlının, “Tutorlab”ın təsisçiləri Azad Manaflı, Elmir Zahidli və Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucovun çıxışların dinlənilib.

Bildirib ki, müəllim hər şeydən əvvəl savad və dünyagörüşü ilə böyük bir nəsil tərbiyə edir. Müəllim peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyevin “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda, qəhrəmanlıq göstərən insanlardır” kəlamını xatırladan çıxışçılar müəllim əməyinin əhəmiyyətindən danışıblar.

Xəbər lenti

Xəbər lenti